25.02.2023
24.02.2023 -cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin Təklə kənd kitabxana filialı və Təklə kənd məktəbi 26 Fevral Xocalı soyqırımı günü ilə əlaqədar "Əsrin faciəsi "adlı tədbir keçirdi. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Məmmədova Aynur Xocalıda fevralın 25 -dən 26-na keçən gecə soydaşlarımıza qarşı törədilmiş amansız qətliamdan danışdı. Sonra kitabxanaçı Ramilə Kərimova çıxış edərək bildirdi ki,Xocalıda törədilmiş soyqırımının qisasın 44 günlük Vətən müharibəsi zamanı ordumuz tərəfindən layiqincə alındı. Bu soyqırım Azərbaycan xalqının yaddaşından əsrlər keçsədə çıxmayacaq. Allah vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət etsin. Sonda şagirdlərin şəhidlərin xatirəsinə həsr edilmiş şeirləri səsləndirildi .